AZ

İsrailin taleyi həll olunur: 60 dan çox lider toplandı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Liderlər İsrailin Qətərin paytaxtına endirdiyi zərbələrə rəsmi cavabı müzakirə etmək üçün Dohada toplaşırlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.

“Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 57 və Ərəb Dövlətləri Liqasına üzv olan 22 ölkənin liderləri iştirak edəcək ”, – deyə bildirilib.

Sammitdə İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şehbaz Şərif və Malayziyanın Baş naziri Ənvər İbrahimin iştirak edəcəyi barədə məlumat təsdiqlənib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Dohada Qəzza zolağında atəşkəs danışıqlarında iştirak edən HƏMAS nümayəndə heyətinə hücum edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
globalinfo.az

2Mənbələr