AZ

Tehran nüvə yoxlamalarında təftişçiləri özü seçəcək

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın nüvə obyektlərində yoxlamalar aparacaq təftişçiləri seçmək hüququ ilə bağlı razılığa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Moçtabə Zarei bildirib.
 
"Əraqçi Qrossidən öhdəlik götürüb ki, bundan sonra bu məsələ qanuna görə səlahiyyətli orqan olan Ali Milli Təhlükəsizlik Şurası tərəfindən həyata keçiriləcək. İran hətta təftişçilərin kimliyini seçmək hüququna malikdir", - Zarei qeyd edib.
 
Qeyd edək ki, 8 sentyabrda AEBA rəhbəri Rafael Qrossi bildirmişdi ki, agentliyin İranda yoxlamaları bərpa etməsi ölkəni nüvə obyektlərinə mümkün zərbələrdən qorumağa kömək edəcək.
 
28 avqustda isə İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi açıqlamışdı ki, əgər Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) tərəfindən BMT sanksiyaları bərpa olunarsa, Tehran AEBA ilə əməkdaşlığı dayandıra bilər.
Seçilən
18
3
moderator.az

4Mənbələr