Milan "İnter"i İtaliya A Seriyasında 2011-ci ildən bəri ən pis startla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, "qara-göylər ötən gün "Yuventus"a 3:4 hesabı ilə uduzaraq mövsümün ilk 3 turunda 2 məğlubiyyətlə üzləşiblər.
Bu, son 14 ildə "neradzurra"nın uğursuz başlanğıcıdır.
2011/12 mövsümündə ilk 3 turda cəmi 1 xal qazananan komandanın baş məşçisi Can Pyero Qasperini istefaya göndərilmişdi.
Qeyd edək ki, "İnter" A Seriyasında turnir cədvəlində 3 xalla 11-ci sırada mövqe tutub.