AZ

Xankəndidə silahlı insident: erməniəsilli şəxs tutuldu

Sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Albertoviç Avanesyan polis əməkdaşları tərəfindən saxlanılıb.

Doğru.az xəbər verir ki, K.Avanesyan yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək əvvəlcədən gizlətdiyi “Kalaşnikov” avtomatını, patronla dolu 4 sandıqcanı və 5 ədəd qumbaranı götürüb tədbir keçirilən əraziyə yaxınlaşmaq istəyib. Onu saxlayarkən polisə silahlı müqavimət göstərən Avanesyan 3 qumbara atıb və avtomatdan atəş açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cavab atəşi nəticəsində güllə yarası alan K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi başlanıb və əməliyyat-istintaq tədbirləri aparılır.

DOĞRU.AZ

Seçilən
4
49
dogru.az

10Mənbələr