AZ

Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 158 min manatlıq tenderdə bu şirkəti qalib etdi

Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyi müxtəlif malların satın alınmasını planlaşdırır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, alışın icrasını “EVEREST-2022” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirəcək. Ehtimal olunan qiymət 158.914,52 AZN təşkil edir.

Satınalınacaq məhsullar arasında fəhlə paltarı (qış üçün), süpürgə sapı, polietilen plaş, yay və qış üçün işarə jiletləri, gödəkçə uzunqol, çəkmə, yay üçün xalat, xəkəndaz, vedrə, həyət üçün kərmək, təsərrüfat sabunu, nakladka tormoznoy, resor futulkaları, disk stipleniya vijimnoy, 280-lıq təkər, 190-lıq akkumulyator, radiator, yağ və salyarka filtrləri, resor, remen, qaloş və ixtisaslaşdırılmış araba yer alır.

Şirkətin qanuni təmsilçisi FUAD BABAYEV ŞAKİR OĞLUdur.

Qeyd edək ki, Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mayılov Nizami Seyfəddin oğludur.

Seçilən
15
nocomment.az

1Mənbələr