AZ

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq

Bernardo Silva mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi kapitanla yeni müqavilə imzalamayacaq. Bu barədə AS nəşri məlumat yayıb.

Portuqaliyalı hücumameyilli yaımmüdafiəçi gələn ilin iyun ayında azad agent kimi klubu tərk edəcək. "Yuventus" və "Benfika" 31 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki,"Mançester Siti" Bernardo Silvanı 2017-ci ilin yayında "Monako"dan transfer edib. Portuqaliya millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
27
1
sportal.az

2Mənbələr