AZ

Türk Hava Yollarının təyyarəsi Urmiyaya məcburi eniş edib

Yeniavaz saytına istinadən ain.az xəbər verir.

Türk Hava Yollarına məxsus İzmir–Tehran reysi ilə hərəkət edən sərnişin təyyarəsi İranın Qərbi Azərbaycan əyalətində məcburi eniş edib.

Yeniavaz.com “Mehr” agentliyinə istinadən xəbər verir ki, təyyarə, göyərtədə iki sərnişinin vəziyyətinin qəfil pisləşməsi səbəbindən Urmiya şəhərindəki hava limanına yönləndirilib. Qərbi Azərbaycan Hava Limanları Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, xəstələrin vəziyyətinin ağır olması səbəbindən ekipaj təcili eniş qərarı verməli olub.

Hazırda sərnişinlərin sağlamlıq vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
yeniavaz.com

2Mənbələr