AZ

Səhiyyə Nazirliyi: Ötən gün Qəzzada azı 68 nəfər ölüb

BAKI, 14 sentyabr. TELEQRAF

İsrail ordusunun ötən gün Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 68 nəfər fələstinli ölüb.

Teleqraf xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində İsrail Müdafiə Ordusunun regiona endirdiyi zərbələr nəticəsində Qəzza zolağının xəstəxanalarına 68 ölü və 346 yaralı daxil olub.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-ci il 7 oktyabr tarixində silahlı münaqişənin kəskinləşməsindən indiyədək Qəzza zolağında 64 871 nəfər ölüb, 164 610 nəfər yaralanıb.

Seçilən
0
4
teleqraf.com

7Mənbələr