AZ

Almaniya kütləvi deportasiyaya hazırlaşır: Gizli danışıq

Ajans.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Məlumata görə, Almaniya Daxili İşlər Nazirliyi Əfqanıstan vətəndaşlarının yalnız çarter reysləri ilə deyil, adi sərnişin təyyarələri ilə də deportasiyasını planlaşdırır. Bu məqsədlə sentyabr ayında nazirlik nümayəndələri Qətərdə Talibanla görüş keçirib, yaxın zamanda isə rəsmi nümayəndə heyətinin birbaşa Kabilə göndərilməsi gözlənilir. Danışıqlarda vasitəçi rolunu Qətər oynayır. "Berlin hesab edir ki, deportasiyaya ehtiyac böyükdür: hazırda Almaniyada əfqan mənşəli təxminən 461 min nəfər yaşayır, onlardan 11,5 min nəfər deportasiya olunmalı şəxslər siyahısındadır. 2015–2024-cü illər arasında əfqanıstanlı şübhəlilərin iştirakı ilə 108 minə yaxın ağır cinayət hadisəsi qeydə alınıb. Bununla belə, Talibanın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra yalnız iki deportasiya reysi həyata keçirilib – 2024 və 2025-ci illərdə.

Hökumət indi bu prosesi daimi mexanizmə çevirmək niyyətindədir", - nəşr bildirib./axar.az

Seçilən
8
3
Ajans.az

4Mənbələr