AZ

Ermənistanın giriş və çıxışında vurulan sərhəd möhürlərində Ağrı dağının təsviri olmayacaq

Tbilisi, 14 sentyabr, AZƏRTAC

Ermənistan hökumətinin qərarı ilə noyabrın 1-dən etibarən Ağrı dağının təsviri Ermənistan Respublikasının giriş və ya çıxışındakı sərhəd nişanından (möhürdən) götürüləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yaşamaq üçün torpaq” partiyasının həmtəsisçisi Mesrop Arakelyan öz “facebook” səhifəsində məlumat verib.

Qeyd olunub ki, qərar sentyabrın 11-də qəbul edilib.

 

 

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
34
6
azertag.az

7Mənbələr