AZ

Bir günlük müharibə Ukraynaya 172 milyon dollara başa gəlir

BAKI, 14 sentyabr. TELEQRAF

"Müharibənin bir günü Ukraynaya 172 milyon dollara başa gəlir".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov bildirib.

“Bir gün müharibə Ukraynaya 172 milyon dollara başa gəlir. Ölkə bu maliyyə yükünü təkbaşına daşıya bilməz. Ukrayna müdafiə sənayesinin və innovativ texnologiyaların inkişafı üçün tərəfdaş ölkələrdən maliyyə vəsaitləri cəlb etməlidir. Ordu döyüş meydanında yeni texnoloji həllər tətbiq edir, lakin onların reallaşdırılması əlavə maliyyə tələb edir. Unutmaq olmaz ki, innovasiyaların tətbiqi böyük maliyyə resursları tələb edir. Rusiya kimi resurs baxımından güclü və böyük bir ölkə ilə müharibə aparmaq çox baha başa gəlir", - o bildirib.

Xatırladaq ki, 2024-cü ildə müharibənin bir günü Ukraynaya 5,7 milyard qrivna (təxminən 142 milyon dollar) başa gəlirdi. Ümumilikdə isə həmin il dövlət büdcəsinin müdafiə fondundan 2,1 trilyon qrivna (təxminən 51,9 milyard dollar) xərclənib.

Seçilən
28
teleqraf.com

1Mənbələr