Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə Türk Dünyası Sığorta Birliyinin (TDSB) ilk Assambleyası Şuşada baş tutub.Tədbir türk dövlətlərinin sığorta bazarlarında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və birliyin rəsmi təsis sənədinin imzalanması məqsədilə keçirilir.Assambleyada türk dövlətlərinin maliyyə tənzimləyicilərinin rəhbərləri, sığorta assosiasiyalarının nümayəndələri və dövlət rəsmiləri iştirak edirlər.Tədbirdə Türk Dünyası Sığorta Birliyinin gələcək fəaliyyət istiqamətləri, sığorta bazarlarında əməkdaşlıq imkanları və birgə inkişaf perspektivləri müzakirə olunacaq. Panel sessiyalarında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta