AZ

Artıq Yerin yeni yarım Ayı var

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yer kürəsinin tək təbii peykinin Ay olduğu uzun illər düşünülüb. Ancaq elm adamları planetimizin ətrafında "yarı peyk” adlandırılan bir neçə kiçik göy cisminin də hərəkət etdiyini bildirir. Onlardan ən yenisi isə 2025-ci ildə müşahidə edilən 2025 PN7 adlı asteroiddir.

Qaynarinfo xəbər verir ki, hazırda Günəşin ətrafında Yerlə yanaşı hərəkət edən və peyk kimi davranan 8 kiçik asteroid mövcuddur. Onlara "yarı ay” deyilməsinin səbəbi də budur. 2025 PN7 onların ən yeni üzvüdür.

Cismin ölçüləri çox kiçikdir – yalnız onlarla metr, yəni bir bina boyundadır. Yerə bir neçə milyon kilometrdən artıq yaxınlaşmır. Buna baxmayaraq, planetimizin cazibə qüvvəsi ilə müəyyən müddətə "mini peyk” rolunu oynayır.

Alimlərin hesablamalarına görə, 2025 PN7 uzun illərdir Yerlə bu rezonanslı orbitdədir və daha bir neçə onillik buradaca qalacaq. Lakin o, əbədi olaraq bizimlə olmayacaq və müəyyən vaxtdan sonra orbitdən çıxaraq uzaqlaşacaq.

Arxiv müşahidələri göstərir ki, bu asteroid 2014-cü ildə də görünmüş, amma elm adamlarının diqqətini yeni çəkib.

Bu cür yaxın "yarı peyklər” kosmik missiyalar üçün əhəmiyyətli imkan yaradır. Onlar nisbətən yaxın olduqlarından kosmik aparatlarla öyrənilməsi asan sayılır. Məsələn, başqa bir yarı peyk – 469219 Kamoʻoalewa – Çinin "Tianwen-2” missiyası tərəfindən araşdırılacaq. Aparat gələn il obyektə çatacaq və ondan nümunə götürməsi planlaşdırılır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
qaynarinfo.az

1Mənbələr