AZ

Avropa Parlamenti Kirkin xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina edib

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Roberta Metsola prosedur qaydalarına istinad edərək təşəbbüsə “yox” deyib

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola ABŞ-da qətlə yetirilən mühafizəkar fəal Çarli Kirkin xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Təşəbbüskar İsveç Parlamentinin deputatı Çarli Veymers olub. O qeyd edib ki, bu yolla parlament söz azadlığının vacibliyini bəyan edə bilər. Lakin Metsola prosedur qaydalarına istinad edərək təşəbbüsə “yox” deyib.

Daha sonra Veymers Kirkin qətli mövzusunda çıxışı zamanı, qalan vaxtdan bir dəqiqəlik sükut üçün istifadə etməyə çalışıb, lakin onun sözünü AP vitse-spikeri Katarina Barley kəsib. Bu, zalda narazılığa səbəb olub: deputatlar etiraz əlaməti olaraq masaları döyməyə və qışqırmağa başlayıblar.

"Biz bunu müzakirə etdik və bildiyiniz kimi, prezident bir dəqiqəlik sükutdan imtina etdi" dedi Barley.

Avropa Parlamenti rəhbərinin mətbuat katibi nəşrə izah edib ki, sessiyanın açılışında yalnız prezident bir dəqiqəlik sükut elan edə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
ayna.az

1Mənbələr