AZ

Azərbaycan millisi Dünya Seriyasının tarixi mərhələsində ikinci oldu

Bu gün Çinin Şanxay şəhərində qadınlar arasında 3x3 Dünya Basketbol Seriyasının final mərhələsi başa çatıb.

Operativ Media-nın məlumatına görə, yarışda 8 komanda iştirak edib və onlar iki yarımqrupa bölünüb.

Azərbaycan millisinin (Erika Karter, Brianna Freyzer, Aleksandra Mollenhauer, Dina Ulyanova) B qrupunda Rumıniyanın “Rapid” klubuna qarşı keçirilməli olan üçüncü oyunu dünən baş tutmalı idi. Lakin yağış səbəbindən bir neçə qarşılaşma kimi bu görüş də bazar günü səhərə qədər təxirə salınıb. Rumıniya komandasını 19:15 hesabı ilə məğlub edən yığmamız 1/4 finala yüksəlib və burada Monqolustanın “Ulan-Bator Amazons” klubuna 19:17 hesabı ilə qalib gəlib. Yarımfinalda Azərbaycan millisi Niderland üzərində 21:19 hesabı ilə qələbə qazanıb. Finalda isə komandamız Kanadaya 12:21 hesabı ilə uduzub.

Qrup mərhələsində Azərbaycan millisi daha əvvəl Kanada komandasına 13:21 hesabı ilə məğlub olmuş, Niderlandın U-25 yığmasını isə 21:19 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, Azərbaycan millisi ilk dəfə Dünya Seriyasının final mərhələsində çıxış edib. Bundan öncə isə eyni heyətin oyunçuları bu mərhələyə Bakının “Neftçi” klubunun tərkibində qatılmışdılar.

Seçilən
18
operativmedia.az

1Mənbələr