AZ

AMB-nin maliyyə sektorunun inkişaf strategiyasının əsas nailiyyətləri açıqlanıb

Bildiyiniz kimi Mərkəzi Bank tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq edilmişdir.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Şuşada keçirilən Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, strategiyada maliyyə sisteminin mühüm tərkib hissəsi kimi sığorta sektorunun inkişaf etdirilməsi və dayanıqlığının daha da gücləndirilməsi üzrə prioritetlərə xüsusi önəm verilmişdir:

“Artıq iki ilə yaxındır ki, bu strategiyanın icrası davam edir və bu istiqamətdə bir sıra nailiyyətlər əldə olunmuşdur. Mərkəzi Bank, Strategiyanın icrası ilə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır”.

Ə.Məmmədyarov əsas nailiyyətləri qısaca qeyd edərək söyləyib:

Sığortaçılarda yeni korporativ idarəetmə standartları tətbiq olunmağa başlanılmışdır. Bu standartlar sığortaçılarda təkmil korporativ mühitin formalaşmasına, onların institut kimi inkişafını ən yaxşı beynəlxalq təcrübəyə uyğun qurulmasına təşviq edəcəkdir. Həmçinin, yeni tələblərə uyğun olaraq sığortaçılar öz fəaliyyətləri, maliyyə nəticələri və maliyyə dayanıqlığı ilə bağlı ictimaiyyətə geniş məlumatlar açıqlayacaqlar. Bu isə risklərin daha təkmil formatda idarə olunması və şəffaflığın artırılması istiqamətində zəruri addımdır.

Seçilən
3
3
publika.az

10Mənbələr