AZ

De Qoll: “Anti Rusiya sanksiyaları Avropanın özünə də zərbə vurur”

ain.az, Ayna portalına istinadən məlumat verir.

“Rusiyada inflyasiya nəzarət altındadır və xarici ticarət balanslı olaraq qalır”

“Rusiyaya qarşı sanksiyalar Avropanın özünə də zərbə vurur. Rusiya iqtisadiyyatı isə artım nümayiş etdirir”. AYNA.AZ bildirir ki, bu sözləri Fransanın keçmiş lideri Şarl de Qollun nəvəsi Pyer de Qoll “RİA Novosti”yə müsahibəsində anti-Rusiya məhdudiyyətlərinin nəticələrini dəyərləndirərkən deyib.

“Avropaya zərər vuran sanksiyalara baxmayaraq, sizin iqtisadi artımınız ildə dörd faizi ötüb”, - bildirib.

De Qoll onu da vurğulayıb ki, “Rusiyada inflyasiya nəzarət altındadır və xarici ticarət balanslı olaraq qalır”.

Daha əvvəl Pyer de Qoll Rusiya vətəndaşlığını almaq istəyini deyib. Onun sözlərinə görə, bu addım övladlarının gələcəyi üçün lazımdır: "Biz onlara bizim üçün vacib olan dəyərləri ötürə biləcəyik. Biz uşaqları tənəzzüldən, Qərbdə baş verən dəyərlərin tənəzzülündən xilas etmək istəyirik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
ayna.az

1Mənbələr