AZ

Ukrayna Rusiyanın ən iri kimya zavodlarından birini vurdu

Ukrayna Silahlı Qüvvələri Pеrm diyarında yerləşən “Metafraks Chemicals” kimya zavoduna zərbə endirib.

Turkustan.az xəbər verir ki, müəssisə həm Rusiyada, həm də Avropada metanol və onun törəmələrinin ən iri istehsalçılarından biridir.

Zavodda istehsal olunan metanol müxtəlif sahələrdə – yanacaq, plastik, gübrə, sintetik qatran, formalin və digər kimyəvi komponentlərin hazırlanmasında istifadə olunur.

Hücumun nəticələri barədə dəqiq məlumat açıqlanmayıb, lakin strateji müəssisəyə zərbə Moskvanın sənaye potensialına ciddi təsir göstərə bilər./Musavat.com

Seçilən
30
3
turkustan.az

4Mənbələr