AZ

Rusiyanın Leninqrad vilayətində neft emalı zavoduna dron hücumu olub

Sentyabrın 14-ü gecə saatlarında Rusiyanın Leninqrad vilayətindəki neft emalı zavoduna zərbə dronları ilə hücum edilib.

Bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko öz "Telegram" kanalında yazıb.

O bildirib ki, müəssisə ərazisində üç dron vurulub. Hücumdan sonra zavodun ərazisində dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Qubernatorun sözlərinə görə, yanğın artıq söndürülüb və xəsarət alan olmayıb.

Qeyd edək ki, "Kirişinefteorgsintez" (KINEF) Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavod Leninqrad vilayətinin Kirişi şəhərində yerləşir və "Surgutneftegaz" şirkətinin törəmə müəssisələrindən biridir. İllik emal gücü 10 milyon ton neftdən çoxdur, benzin, dizel, aviasiya yanacağı və digər neft məhsulları istehsal edir.

KINEF Rusiyanın neft məhsullarına olan tələbatının əhəmiyyətli hissəsini təmin edir və ölkənin enerji infrastrukturunun vacib elementi sayılır.

 

(Report)

Seçilən
26
2
moderator.az

6Mənbələr