AZ

Belçika bu ölkəyə dörd minaaxtaran gəmi verəcək

Belçika Bolqarıstana istifadədən silinmiş dörd minaaxtaran gəminin verilməsini 24 milyon avro (28 milyon ABŞ dollarından çox) dəyərində olan müqavilə çərçivəsində təsdiqləyib.

News24.az xəbər verir ki, bu barədə "AnewZ" telekanalı məlumat yayıb. 

Məlumata görə, dənizdə yerləşdirilməzdən əvvəl Belçika gəmiqayırma zavodunda modernizasiya ediləcək. Müdafiə naziri Teo Franken bildirib ki, bu müqavilə NATO-nun regiondakı mövcudluğunu gücləndirəcək və Belçika sənayesini dəstəkləyəcək.

"Bolqarıstan Qara dənizdə yerləşdirə biləcəyi gəmilər əldə edəcək, Belçika sənayesi isə iş yerləri və yüksək texnologiyalı müqavilələr sayəsində 24 milyon avro qazanacaq", – telekanal Frankenin sözlərindən sitat gətirib. "Beləliklə, biz yalnız NATO-nu deyil, öz iqtisadiyyatımızı da gücləndirmiş olacağıq".

O əlavə edib ki, gəmilərin verilməsi Belçikaya köhnə gəmilərin saxlanması və ya sökülməsi ilə bağlı xərclərdən yayınmağa imkan verəcək, çünki Hərbi Dəniz Qüvvələri yeni nəsil mina əleyhinə gəmilərə keçid edir.

Seçilən
47
5
news24.az

6Mənbələr