Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, azərbaycanlı hücumçu Vüsal İsgəndərlinin komandası “Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Vlajniya” ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub.
İsgəndərli start heyətdə yer alıb və 68-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 26-cı dəqiqədə Vüsal vurub. Bu oyunda ilk qol olub. Bundan sonra "Vlajniya" futbolçuları 4 qol vurub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.