AZ

Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə edilib

Almaniyanın Hamburq limanında 400 kiloqramdan çox kokain müsadirə olunub.

APA-nın NDR telekanalına istinadən verdiyi xəbərə görə, narkotik vasitə O'Swaldkai konteyner terminalında aparılan yoxlamalar zamanı aşkarlanıb.

Qeyd edilib ki, şübhəli hərəkətlər edən iki nəfər liman işçilərinin diqqətini cəlb edib.

İki naməlum şəxs, gəmilərdən birindən düşərək idman çantaları ilə dolu yük maşınına əşyalar yükləyiblər. Onların limanın rəsmi işçiləri olmadığı bəlli olduqdan sonra təhlükəsizlik xidmətinə məlumat verilib. Təhlükəsizlik qüvvələri avtomobili dərhal saxlayaraq ərazidə yoxlama aparıb.

Şübhəlilərdən biri dərhal saxlanılıb. İkinci şəxs isə ərazidə elan edilən təhlükə siqnalı və limanın mühasirəyə alınması nəticəsində qısa zamanda ələ keçirilib. Onun tutulmasına polis vertolyotu da cəlb olunub.

Yüklərin içərisində ümumilikdə 20-dən çox idman çantasında gizlədilmiş narkotik vasitələr aşkarlanıb. Hazırda istintaq orqanları narkotik maddələrin mənşəyi və hansı cinayətkar şəbəkə ilə əlaqəli olduğunu araşdırır.

Seçilən
10
5
apa.az

6Mənbələr