AZ

UFC-nin rəhbəri əfsanəni Ağ evə buraxmır

UFC prezidenti Dana Uayt əfsanəvi döyüşçü Con Cons barədə danışıb.

Publika.az xəbər verir ki, o, Consun 2026-cı ilin yayında Ağ evdə keçiriləcək turnirdə iştirak etmək istəməsinə də münasibət bildirib:

“Cons elə döyüşçülərdən deyil ki, kiminlə istəsən rinqə çıxsın. Onun ətrafında qərarları onun yerinə verən şübhəli insanlar var. Mən Consun dopinqindən narahat deyiləm, amma ona güvənə bilmirəm. Bəzən döyüşlərindən əvvəl qəribə və xoşagəlməz hadisələr baş verir və bu, qarşılaşmaların baş tutmamasına səbəb olur.

Cons tarixin ən böyük döyüşçüsüdür. Amma belə insanlarla işləmək sanki özünəməxsus xarakterə malik rəssamlarla işləməyə bənzəyir. Bu, biznesin bir hissəsidir. Lakin Ağ ev turniri üçün mənə maksimum etibarlı döyüşçülər lazımdır.

Seçilən
46
publika.az

1Mənbələr