AZ

Luka Donçiç Mariya Şarapovanın evini alıb

Milli Basketbol Assosiasiyasının (NBA) "Los Angeles Leykers" komandasında çıxış edən 26 yaşlı sloveniyalı ulduz qolçu Luka Donçiç beşqat "Böyük Dəbilqə" çempionu və dünyanın sabiq birinci raketkası rusiyalı tennisçisi Mariya Şarapovanın keçmiş evini alıb.

İdman.biz bildirir ki, artıq sənədləşmə işləri tamamlanmaq üzrədir.

Manhetten-Biç Saut Beydə yerləşən ev 25 milyon dollara satılıb. Mülk geniş ərazini əhatə edir və beş yataq otağından ibarətdir. Ev Los-Ancelesdə yerləşən "KAA Design" tərəfindən layihələndirilib və tikintisi 2015-ci ildə, Şarapovanın okean sahilindəki torpağı satın almasından üç il sonra tamamlanıb. Müasir iqamətgahda heyrətamiz beton divarlar, geniş şüşə panellər, çoxsaylı açıq kaminlər və Sakit Okeanın heyrətamiz mənzərələrinə açılan möhtəşəm bağ var.

İdman.biz

Seçilən
27
3
idman.biz

4Mənbələr