Avropanın dəqiq qərar verməsi şərti ilə AB-nin xarici işlər naziri Kaya Kallas ilə danışıqların növbəti raundu mümkün olacaq.
"Ölkə.az" xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Arakçı bildirib.
Məlumata görə, Arakçı Qahirədə MAQATE-nin baş direktoru Rafael Grossi ilə danışıqlarını “çox ciddi” adlandırıb və qeyd edib ki, müharibədən sonra aparılan danışıqlar asan deyil.
“İran diplomatik danışıqları davam etdirsə də, Avropa tərəfi ilə gələcək təmaslar AB-nin qətiyyətli mövqe tutub-tutmamasından asılıdır”, - Arakçı qeyd edib.