AZ

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

Avtomobil müntəzəm istismar tələb edən mürəkkəb bir mexanizmdir. Lakin bəzən nəqliyyat vasitəsini bir həftə, hətta aylarla hərəkətsiz saxlamaq lazım gəlir. Akkumulyator dolu, təkərlər boşalmamış, kuzov təmiz olsa belə, iki həftə sürülməsə artıq ilk xoşagəlməz hallar özünü göstərməyə başlaya bilər. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hərəkətsizlik səbəbindən yanacaq çənində kondensat toplanır, əyləc diskləri oksidləşir və akkumulyator tədricən boşalır. Ciddi hesab olunan dayanma müddəti avtomobilin bir ay və ya daha çox hərəkətsiz qalmasıdır. Bu halda yanacaq sistemi, mühərrik və şassi əziyyət çəkir. Avtomobil üç-altı ay ərzində qulluq edilmədən dayanıbsa, onun sonrakı istismarı riskli ola bilər. Ən həssas hissə akkumulyatordur. Mühərrik söndürülmüş olsa belə, çoxsaylı elektron bloklar enerji sərf etməyə davam edir və bir neçə həftədən sonra bu, mühərrikin işə düşməsində problemlərə gətirib çıxara bilər. Akkumulyatorun daimi qismən boşalması onun ömrünü qısaldır və nəticədə yalnız mühərrikin deyil, avtomobilin elektron sistemlərinin də sıradan çıxması mümkündür. Əyləc sistemi də hərəkətsizlikdən zərər görür: əvvəlcə disklərdə səthi pas əmələ gəldiyi üçün tipik cırıltı səsi eşidilir. Daha uzunmüddətli dayanma zamanı oksidlər daha dərin nüfuz edir, bu isə tormozların ilişməsinə və hətta tam işləməməsinə səbəb ola bilər. Yanacaq da temperatur dəyişmələri və kondensat səbəbilə öz xüsusiyyətlərini itirir, çöküntü əmələ gəlir ki, bu da yanacağın verilməsini çətinləşdirir, həmçinin mühərrikin işinə mənfi təsir göstərir. Dizel avtomobillər xüsusilə həssasdır: dizel yanacağında “canlı” çöküntü əmələ gələrək filtrləri və yanacaq sistemini tıxaya bilər. Şinlər uzun müddət eyni nöqtədə yüklənmə səbəbilə deformasiyaya uğraya bilər. Salon havalandırılmadıqda kif və xoşagəlməz qoxu yarana bilər. Bu problemlərin qarşısını almaq üçün avtomobili vaxtaşırı qısa bir test sürüşünə çıxarmaq tövsiyə olunur. Əgər avtomobil artıq uzun müddət hərəkətsiz qalıbsa, tam texniki baxış və xidmət üçün peşəkar avtoservizə müraciət etmək məsləhətdir.

Seçilən
1
3
avtosfer.az

4Mənbələr