AZ

Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU

Ekstrasenslərə inansanız da, inanmasanız da, iki ən məşhur falçının bəzi proqnozlarında “dəqiq hədəfə vurduğunu” inkar etmək çətindir. Kor mistik Baba Vanqa və XVI əsr astroloqu Nostradamus dünyanın ən məşum hadisələrindən bəzilərini əvvəlcədən xəbər veriblər. Baba Vanqanın ardıcılları hesab edirlər ki, o, şahzadə Diananın ölümünü əvvəlcədən görüb, 11 sentyabr terror aktlarının baş verəcəyini bilib və COVID-19 pandemiyasının başlayacağını proqnozlaşdırıb.

Deyilənə görə Nostradamus 1555-ci ildə yazdığı “Proroçestva” (“Proqnozlar”) kitabında kral II Henrinin ölümünü dəqiq proqnozlaşdırıb. Bu kitab gələcək hadisələri əvvəlcədən xəbər verdiyi iddia edilən saysız-hesabsız müəmmalı yazılar toplusudur. Bəziləri onun 1666-cı ildəki Böyük London yanğınını əvvəlcədən gördüyünü, digərləri isə əsərlərində Adolf Hitlerin hakimiyyətə gəlişini proqnozlaşdırdığını iddia edirlər.

Maraqlıdır ki, hər iki potensial ekstrasens 2025-ci il haqqında oxşar proqnozlar verib və bu proqnozlar gözümüzün önündə reallaşa bilər. 1990-cı ildə özünün 11 avqust 1996-cı ildə 84 yaşında öləcəyini dəqiq söyləmiş bolqar mistik Baba Vanqa bildirib ki, bu il Avropada müharibə başlayacağını görür və bu müharibə “bəşəriyyətin süqutunun başlanğıcı” olacaq.

Məlumata görə, o, belə deyib: “Baharda Şərqdə müharibə başlayacaq və üçüncü dünya müharibəsi olacaq. Şərqdəki müharibə Qərbi məhv edəcək”, həmçinin Putinin “dünyanın hökmdarı” olacağını, Avropanın isə “səhraya” çevriləcəyini söyləyib. Deyirlər ki, o, həmçinin belə proqnoz verib: “Rusiya təkcə sağ qalmayacaq, həm də dünyada üstünlük təşkil edəcək”.

 

(Lent.az)

Seçilən
3
2
moderator.az

3Mənbələr