Böyük Britaniyanın məşhur televiziya aparıcısı və sinoptiki Cey Vin sentyabrın 9-da 56 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.
Cey Vin 1968-ci ildə Londonda anadan olub. O, Şotlandiyada universitet təhsili alaraq ekoloji coğrafiya ixtisası üzrə məzun olub, bir müddət Yaponiyada ingilis dili müəllimi kimi çalışıb. 1999-cu ildə isə Tətbiqi Meteorologiya üzrə magistr dərəcəsi əldə edib.
Karyerasına 1990-cı illərin sonlarında hərbi hava bazasında meteoroloq kimi başlayan Vin, 2000-ci ildə televiziya sahəsinə keçib. O, BBC-nin məşhur xəbər proqramlarında hava proqnozlarını təqdim edərək geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb.