AZ

"Real Madrid" Ardanın qolu ilə qələbə qazandı

İspaniya La Liqasında 4-cü turda "Real Sosyedad" "Real Madrid"i qəbul edib.

"Ölkə.az" xəbər verir ki, San-Sebastyandakı "Real Arena" stadionundakı qarşılaşmada qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.

12-ci dəqiqədə fransalı hücumçu Kilian Mbappe "Real"ı hesabda irəli çıxarıb. 44-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Arda Gülər ​​madridlilərin üstünlüyünü artırıb. Meydan sahiblərinin hücumçusu Mikel Oyarsabal isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirərək fərqi azaldıb.

Qeyd edək ki, "kral klubu" müdafiəçi Din Huysenin qırmızı vərəqə alaraq meydandan qovulmasından sonra 32-ci dəqiqədən on nəfərlə oynayıb.

Hazırda paytaxt təmsilçisi 4 oyundan 12 xalla çempionatın lideridir. "Real Sosyedad" isə cəmi 2 xalla 17-cı sırada qərarlaşıb.

Seçilən
6
5
olke.az

6Mənbələr