AZ

Rumıniya və Polşada PUA təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı elan edilb

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Sentyabrın 13-də axşam Rumıniya və Polşa Rusiya pilotsuz uçan aparatlar (PUA) təhlükəsi ilə əlaqədar hava hücumu xəbərdarlığı elan ediblər.

Bizimyol.info xəbər verir ki, Rumıniya Fövqəladə Hallar Nazirliyi Tulça qraflığının şimal hissəsinə “hava məkanından obyektlərin düşmə ehtimalı ilə bağlı” xəbərdarlıq göndərib. Saat 19:15 radələrində Polşanın şərqində hava hücumu xəbərdarlığı elan edilib.

Xatırladaq ki, bundan əvvəl Polşanın Baş naziri Donald Tusk: “Ukrayna səmasında Polşa ilə sərhəddə fəaliyyət göstərən Rusiya pilotsuz təyyarələrinin yaratdığı təhlükə ilə əlaqədar Polşa və müttəfiq aviasiyasının hava məkanımızda qabaqlayıcı hərəkətlərinə başlanılıb”, - deyə bildirib.

Tusk əlavə edib ki, yerüstü hava hücumundan müdafiə sistemləri maksimum hazırlıq vəziyyətinə gətirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr