AZ

NATO 8 min əsgər, 1800 texnika ilə HƏRƏKƏTƏ KEÇİR

NATO ölkələri Litvada qoşun və texnikanın hərəkətinə həsr olunmuş “Böyük Qartal 2025” (“Grand Eagle 2025”) təlimlərinə start verib.

Tribunainfo.az-ın xəbərinə görə, komandanlığın sosial şəbəkələrdə yayılan açıqlamasında bildirilir ki, təlimlər müttəfiqlərin hazırlığını və qarşılıqlı fəaliyyət qabiliyyətini gücləndirmək, eləcə də NATO-nun şərq cinahını möhkəmləndirmək məqsədi daşıyır.

Manevrlərdə qoşun və texnikanın sürətli, koordinasiyalı hərəkəti sınaqdan keçirilir.

Təlimlərin konkret tarixləri açıqlanmayıb. Qeyd edək ki, “Grand Eagle 2025” avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya və Baltik dənizində keçirilən daha böyük “Quadriga 2025” manevrlərinin tərkib hissəsidir. Təlimlərdə 14 ölkədən 8 mindən çox hərbi qulluqçu, 40-a yaxın gəmi, 30 təyyarə və 1800-dən çox texnika iştirak edir.

Seçilən
22
2
tribunainfo.az

3Mənbələr