AZ

NATO təlimlər çərçivəsində Litvaya qoşun və texnika göndərir

NATO ölkələri Litvaya qoşun və texnikanın köçürülməsi üzrə təlimlərə başlayıb.

Bu barədə NATO-nun Niderlanddakı Birləşmiş Qüvvələr Komandanlığı "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Grand Eagle 2025" təlimləri başladı! Böyükmiqyaslı "Quadriga 2025" manevrləri çərçivəsində NATO qüvvələri Litvaya qoşun və texnikanın sürətli, inamlı və koordinasiyalı şəkildə köçürülməsi üzrə məşq edir. "Grand Eagle 2025" hazırlığı və müttəfiqlərin operativ birgə fəaliyyətini artırmaq və NATO-nun şərq cinahını gücləndirmək məqsədi daşıyır", - komandanlığın "X"dəki bəyanatında deyilir.

Paylaşımda manevrlərin dəqiq tarixini göstərilməyib.

Qeyd edək ki, "Grand Eagle 2025" manevrləri avqustun 18-dən sentyabrın 30-dək Almaniya, Litva, Finlandiya və Baltik dənizində keçirilən daha böyük "Quadriga 2025" təlimlərinin bir hissəsidir.

Təlimlərə 14 ölkədən 8 mindən çox hərbi qulluqçu, 40 gəmi, 30 təyyarə və 1,8 mindən çox texnika cəlb olunub.

"Cebheinfo.az" 

Seçilən
25
4
cebheinfo.az

5Mənbələr