AZ

Reuters: Avropa Trampın Polşa hadisəsinə səssiz cavabından məyus oldu

ain.az, Turkstan.az portalına istinadən məlumat yayır.

ABŞ-ın Avropadakı NATO müttəfiqləri prezident Donald Trampın Polşada baş verən PUA insidentinə səssiz reaksiyasından narahatdır və Vaşinqtonun mümkün təhlükələr qarşısında onları müdafiə etməyə hazır olub-olmadığına dair şübhələr formalaşdırmağa başlayıblar.

Turkustan.az xəbər verir ki, bu barədə Reuters avropalı diplomatlara istinadla məlumat yayıb.

Avropada Trampın bu passiv reaksiyası onun “Öncə Amerika” siyasətinin növbəti təzahürü kimi qiymətləndirilir. ABŞ-ın NATO-dakı keçmiş səfiri (2009–2013) İvo Daalder bildirib ki, bu insident Trampın Avropa təhlükəsizliyini ABŞ təhlükəsizliyinin bir parçası kimi görmədiyini açıq şəkildə nümayiş etdirir.

Diplomatların sözlərinə görə, belə hallarda əvvəllər Vaşinqton dərhal və qəti mövqe bildirərdi, lakin bu dəfə Tramp administrasiyasının reaksiyası “ictimai şəkildə çiyin çəkmək” kimi qəbul olunub.

Yüksək rütbəli bir Alman rəsmisi bildirib ki, ABŞ nümayəndələri insidentlə bağlı avropalı müttəfiqlərlə müzakirələr aparsalar da, "tərəddüdlü" və qeyri-müəyyən davranıblar. “Bu administrasiya ilə heç bir məsələdə ABŞ-a tam güvənə bilmərik, amma buna baxmayaraq, birlik görüntüsünü qorumağa çalışırıq”, – deyə qeyd edib.

Şərqi Avropa ölkələrindən birinin diplomatı ABŞ-ın reaksiyasını “qulaqbatıran sükut” adlandıraraq əlavə edib: “İndiyə qədər ABŞ heç kimi sevindirə bilməyib”.

İtaliyadan olan mənbə isə bildirib ki, NATO ölkələrinin əksəriyyəti ABŞ-ın insidentə münasibətinə mənfi reaksiya verib, lakin Vaşinqtonu açıq şəkildə tənqid etməkdən çəkiniblər.

Bundan əlavə, insident zamanı ABŞ Hərbi Hava Qüvvələrinin müdaxilə etməməsi də diplomatlar arasında narahatlıq yaradıb. Vaşinqton isə bu mövqeyini həmin anda Polşa hava məkanına görə məsuliyyətin Hollandiyaya aid olması ilə əsaslandırıb.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr