AZ

“Aygün Bəylər buna görə kişi paltarı geyinirdi”

“Aygün Bəylərin heç vaxt pulqabısı olmayıb. Heç vaxt toyun qiymətini danışmayıb. Əvvəllər oxumağa çıxanda qısa geyinirdi, bəzənirdi, salona gedirdi. Kişi toylarına getməyə başlayandan sonra dedi ki, “kepka”, şalvar geyinəcəyəm, çünki kişilər gəlib keçirlər, baxırlar. O, belə şeyləri sevmirdi, xasiyyəti çox ağır idi”.

 

Pravda.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) bacısı Zümrüd Hümmətova “Həftənin qonağı” verilişində deyib.

 

“Rəfiqələri neçə dəfə dedilər ki, paltar geyinsin. İki gün geyindi, dedi ki, istəmirəm. Bəylər Quliyevin ona təsiri olmuşdu. Kişi toylarına çıxandan sonra Bəylər Quliyev məsləhət gördü ki, belə geyinsən, daha rahat olacaq. Bəylər Quliyev vasitəçi, dayaq, dəstək oldu. İndi asandır, heç dəstəyə ehtiyac yoxdur. Aygünün çox arzuları var idi, yarımçıq qaldı”, - o bildirib.

 

Tomris

Tarix: 13 Sentyabr 2025, 19:47   
Seçilən
31
2
pravda.az

3Mənbələr