AZ

“Klubun dəyişməyə ehtiyacı olduğunu hiss etsəm, qalmayacağam” – Qvardiola

“mançester
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.
“Gələcəyin nə olacağını bilməməyimlə bağlı dəfələrlə demişəm. Nəticələr vəziyyəti müəyyən edir və mən yaxşı bir mövsüm keçirməliyəm. Klubun dəyişməyə ehtiyacı olduğunu hiss etsəm, qalmayacağam. Ancaq indi keçən mövsümdə baş verənlərdən sonra bunu hər zamankindən daha çox istəyirəm.
Mən bunu təkcə keçmişdə etdiklərimə görə demirəm. Mən gələcəyə baxmağı xoşlayıram. Amma mən burada nə qədər qalacağam? Kluba ilk dəfə gəlib 3 illik müqavilə imzalayanda 10 il burada qalacağımı təsəvvür edə bilməzdim. Mən bununla fəxr edirəm. Mən komandaya və kluba dönə-dönə kömək etmək istəyirəm”, – Qvardiola deyib.
Seçilən
15
3
yeniavaz.com

4Mənbələr