AZ

Məcburi köçkünlərlə bağlı qalmaqal yaşayan aparıcı "Space TV"dən GETDİ

Jurnalist, aparıcı Səidə Bəkirqızı "Space TV"dən ayrılıb.

Publika.az xəbər verir ki, bu barədə Oxu.Az-a xanım aparıcı özü məlumat verib.

S.Bəkirqızı açıqlamasında qeyd edib ki, bu gündən etibarən televiziya fəaliyyətini tamamilə dayandırmaq barədə qərar verib.

Qeyd edək ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələr ictimaiyyətdə geniş narazılığa səbəb olub. "Space TV" Səidə Bəkirqızının sözlərinə görə cəzalandırılıb. Belə ki, 13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, telekanalın efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

Seçilən
23
7
publika.az

10Mənbələr