BAKI, 13 sentyabr.
Azərbaycan Premyer Liqasının IV turunun ikinci oyun günündə “İmişli” və “Sumqayıt” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Tural Qurbanovun idarə etdiyi oyunda yeganə qol 72-ci dəqiqədə Mehdi Cənnətovun avtoqolu ilə qeydə alınıb.
Qeyd edək ki, günün növbəti qarşılaşmasında “Turan Tovuz” “Qəbələ”ni qəbul edəcək. “Azersun Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.