AZ

Almaniya Polşaya silahların maliyyələşdirilməsini təklif edib

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Münhen Təhlükəsizlik Konfransının keçmiş sədri Volfqanq İşinqer hesab edir ki, Almaniya Polşaya silah və sursat alınması üçün öz büdcəsindən vəsait ayıra bilər və bununla da Varşavadan tələb olunan təzminat probleminin həllinə kömək edə bilər.

Bizimyol.info xəbnər verir ki, bu barədə o, mətbuata müsahibəsində deyib.

“Almaniya özünü getdikcə daha çox təhlükədə hiss edən partnyorumuz Polşanı müdafiə büdcəmizdə nəzərdə tutulan artım çərçivəsində böyük məbləğdə təmin etsin ki, məsələn, ilk növbədə alman istehsalçılarından silah və sursat ala bilsin”, - deyə o bildirib.

İşinqer qeyd edib ki, NATO-nun şərq cinahını gücləndirməklə yanaşı, bu addım Almaniya-Polşa münasibətlərinin yaxşılaşmasına kömək edəcək və Polşanın İkinci Dünya Müharibəsi zamanı nasional-sosialistlərin cinayətlərinə görə Almaniyaya qarşı təzminat tələb etməsi məsələsini həll edəcək.

"Əgər Almaniya fundamental hüquqi səbəblərə görə təzminat məsələsini öz üzərinə götürə bilmirsə, bu, ən azı problemi yüngülləşdirməyin bir yolu ola bilər", - deyə İşinqer bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
icma.az

1Mənbələr