Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-də nüfuzlu sağçı fəal Çarli Kirkin qətli ilə bağlı aparılan istintaq çərçivəsində Federal Təhqiqat Bürosu (FTB) əsas şübhəli olan Tayler Robinsonun şərikinin olub-olmadığına dair araşdırmalara başlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Böyük Britaniyanın "The Sun" tabloidi öz mənbələrinə istinadən yazıb.
Sui-qəsd cəhdindən sonra Robinsona bənzər bir şəxsin telefonla danışığının əks olunduğu domofondan alınan videogörüntülər onlara bu fərziyyəni irəli sürməyə imkan verib.
Qəzetin məlumatına görə, videonu Federal Təhqiqatlar Bürosuna cinayətin baş verdiyi Yuta Universitetinin yaxınlığında yaşayan insanlar təqdim ediblər. Qeyd edək ki, daha əvvəl atəş açan şəxsin öz hərəkətlərini təkbaşına hazırladığı və proses zamanı hər hansı yardım almadığı ehtimal edilirdi.
Həmçinin daha əvvəllər "The Washington Post" nəşri müəyyən edib ki, Tayler Robinson əlaçı tələbə olub, oyunları sevib, lakin bu yaxınlarda, ailə üzvünün dediyi kimi, "siyasiləşib".
Robinsonu uşaqlıqdan tanıyan insanlar onu təmkinli, ağıllı və şən insan kimi təsvir edirdilər. Onların sözlərinə görə, gənci cinayəti törədən şəxs kimi təsəvvür etmək onlar üçün çətindir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.