AZ

İranın cənubunda zəlzələ olub

Bu gün İranda yerli vaxtla saat 16:07-də İranın cənubunda yerləşən Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.

Day.Az-ın məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ vilayətin Kazerun rayonunda 10 km dərinlikdə qeydə alınıb.

 

Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Seçilən
33
4
day.az

7Mənbələr