Tribuna saytına istinadən ain.az xəbər verir.
“Dəhliz ətrafında gedən müzakirələr təkcə regional əlaqələrə aid deyil , həm də geniş beynəlxalq , strateji və iqtisadi maraqları əhatə edir”.
Tribunainfo.az xəbər verir ki, bunu Ermənistan Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti, iranşünas Emma Begicanyan deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi xüsusi strateji əhəmiyyətə malikdir. “Çünki o, Naxçıvanı Ermənistanın qalan hissəsi ilə birləşdirir və eyni zamanda, İran, Azərbaycan və Gürcüstan dəhlizi vasitəsilə Avropaya çıxışı təmin edir”.
Begicanyan qeydd edib ki, dəhliz ətrafında baş verən hadisələr əsasən qlobal və regional aspektlərdən asılıdır. “Bu, təkcə yol məsələsi deyil , həm də bir neçə dövlətin , o cümlədən İran , Azərbaycan , Ermənistan , İsrail , ABŞ və hətta bəzi Aİ ölkələrinin maraqlarını əhatə edən strateji, iqtisadi və təhlükəsizlik məsələsidir” .
Fərda Uğur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.