AZ

Erməni ekspertdən uydurma: “50 min pakistanlı hərbçinin Bakıya gətirilməsinə start verilib”

ain.az, Tribuna portalına istinadən məlumat verir.

Hələ bir qədər əvvəl Rusiyadan olan politoloqlardan biri iddia etmişdi ki, guya, Pakistandan Azərbaycana xüsusi təlim görmüş 50 minlik ordu göndəriləcək.

Tribunainfo.az xəbər verir ki, həmin “məlumat” da onların Əfqanıstanda hazırlandığı və Pakistan və Türkiyə tərəfindən Bakıya göndəriləcəyi iddia olunurdu.

Dünən isə erməni tərəfi bununla bağlı daha bir uydurma məlumat yayıb. Belə ki, hərbi ekspert Hayk Nahapetyan bildirib ki, guya, Azərbaycana 50 min pakistanlı hərbçinin gətirilməsi prosesi start götürüb. Ardından isə gülməli bir iddia irəli sürüb ki, guya, bu yaxınlarda Azərbaycan Ordusunun 3 qrupu Ermənistana daxil olmağa cəhd edib.

Fərda Uğur

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
tribunainfo.az

2Mənbələr