AZ

Banklar nə vaxt tətilə çıxacaq?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Avro bölgəsi ölkələrində dekabr ayında bank əməliyyatları iki günlüyünə tamamilə dayandırılacaq.

25–26 dekabrda qeyd olunan Milad bayramı səbəbilə maaş ödənişləri, faktura yığım əməliyyatları və şirkətlərarası köçürmələr həyata keçirilə bilməyəcək.

"Cebheinfo.az" xəbər verir ki, Avro bölgəsində hər il 1 may, Pasxa və Milad kimi bayramlarda banklar tətilə çıxır və əməliyyatlar dayandırılır.

Avropa Mərkəzi Bankının (ECB) idarə etdiyi TARGET2 ödəniş sistemi və ona bağlı olan SEPA (Avropa Vahid Ödəniş Məkanı) transfer şəbəkəsi bu tarixlərdə bağlı olacaq.

Bu səbəbdən bütün sərhədlərarası və banklararası köçürmələr müvəqqəti olaraq dayandırılacaq.

Dayandırma prosesi rəsmi olaraq iki günlə məhdud olsa da, tətil və həftə sonunun birləşməsi səbəbilə gecikmələrin 4 günə qədər uzanması ehtimal olunur.

Bu vəziyyət xüsusilə maaş və sosial yardım ödənişlərini gözləyən vətəndaşları, faktura yığımı ilə məşğul olan şirkətləri və tədarükçü ödənişlərinə bağlı olan sektorları yaxından təsirləndirəcək.

Sistem bütün Aİ ölkələrini əhatə edir. Lakin SEPA sistemi yalnız Aİ ölkələrində deyil, bəzi Aİ-yə üzv olmayan ölkələrdə də keçərlidir. SEPA bölgəsinə daxil olan ölkələr bunlardır:

İngiltərə, İsveçrə, San Marino, Vatikan, Andorra, Monako, İslandiya, Norveç və Lixtenşteyn.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr