AZ

Rusiya ordusunun yenə “boru” əməliyyatı keçirir VİDEO

ain.az, Azvision portalına istinadən məlumat yayır.

AzVision.az xəbər verir ki, Rusiyanın öz qüvvələrini boru vasitəsilə Kupyanska necə yeritdiyi barədə məlumatı Ukraynanın “Deep State” hərbi-ictimai portalı yayıb. “Kupyanskın həndəvərinə qədər bu yol təxminən dörd gün çəkir. Buna görə də marşrut boyunca istirahət və qida təchizatı üçün yerlər var. Marşrutun uzunluğu 4 km-dir”, - xəbərdə deyilir. Rusiya Müdafiə nazirliyi məlumatla bağlı hələlik heç bir açıqlama verməyib. Xatırladaq ki, bu il martın 8-də müvəqqətri olaraq Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn rus qoşunlarının Urenqoy-Pomarı-Ujqorod qaz kəmərinin bir hissəsi ilə Ukrayna ordusunun arxa hissəsinə keçdiyini açırlamışdı. Onda rus əsgərləri oksigen və su çatışmazlığı şəraitində altı gün ərzində boru kəməri boyunca 14 kilometr sürünmüşdülər. Ukrayna tərəfi həmin faktı təsdiqləsə də, əməliyyatın aşkarlandığını və Rusiya qüvvələrinin hücuma məruz qaldığını, xeyli itki verdiyini iddia edib. İyunun sonlarında isə rus təbliğatçısı Anastasiya Kaşevarova əməliyyatda iştirak edən əsgərlərə ağciyər xərçəngi və ağciyər arteriyasının emboliyasası diaqnozu qoyulduğunu açıqlayıb. Təbliğatçının sözlərinə görə, əməliyyat zamanı bir neçə əsgər həlak olub, sağ qalanlara isə “orta dərəcəli kəskin bronxit” diaqnozu qoyulub. Lazımi ödəniş və mükafatlardan məhrum edilən zərərçəkənlərə cəmi 100 min rubl kompensasiya verilib.

Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
azvision.az

2Mənbələr