AZ

“Benfika” 52 dəqiqə azlıqda oynayan rəqibi uda bilmədi

ain.az bildirir, Footbal-plus portalına istinadən.

“Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi “Benfika” da ağdamlılar kimi çempionat oyununu cümə günü keçirdi. Dünən 5-ci turun oyununda “Santa-Klara”nı qəbul edən Lissabon nəhəngi 1 xalla kifayətləndi – 1:1. Pavlidis 59-cu dəqiqədə “Benfika”nı irəli çıxarsa da, 2-ci uzatma dəqiqəsində qonaqlar məğlubiyyətdən qaçdı. Özü də maraqlıdı ki, “Santa-Klara” 38-ci dəqiqədən azlıqda oynayırdı: cinah yarımmüdafiəçisi Paulo Viktor birbaşa “qırmızı” ilə meydandan qovulmuşdu. “Benfika”nın dünənki oyunda meydana çıxan heyəti ilə tanış olun: Trubin, T.Araujo (Prestianni, 46), A.Silva, Otamendi, Dal, Eursnes, Rios (Barreyro, 72), Barreneçea, Şelderup (Sudakov, 72), İvanoviç (E.Araujo, 72), Pavlidis.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
1
icma.az

2Mənbələr