Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Nepalda sosial mediaya giriş qadağasının səbəb olduğu hökumət əleyhinə etirazlardan sonra Suşila Karkinin müvəqqəti baş nazir təyin edilməsindən sonra paytaxt Katmandu da daxil olmaqla bəzi bölgələrdə məhdudiyyətlər yumşaldılır.Turkustan.az xəbər verir ki, dünən Kərkinin müvəqqəti baş nazir kimi and içməsindən sonra ölkədə həyatın normala dönməsi üçün səylər davam edir.“The Kathmandu Post” qəzetinin məlumatına görə, təhlükəsizlik vəziyyəti normallaşdığı üçün paytaxt Katmandu şəhərinin əksər bölgələrində, eləcə də Çitvan və Rameçhap rayonlarında komendant saatı ləğv edilib.Bu arada, səlahiyyətlilər nümayişlərin və etirazların qarşısını almaq üçün Katmandunun bəzi bölgələrində məhdudiyyətlərin qaldığını açıqladı.Ölkədəki etirazlardan sonra prezident Ram Çandra Paudel tərəfindən müvəqqəti baş nazir təyin edilən Kərki üçün dünən Prezident Aparatında mərasim keçirilib.Nepalın ilk qadın baş naziri, 73 yaşlı Karki müvəqqəti hökumətə başçılıq etmək üçün and içib və ona altı ay ərzində ölkəni seçkilərə rəhbərlik etmək səlahiyyəti verilib.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.