ain.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ Ticarət Nazirliyi Rusiyaya tətbiq olunan sanksiyalardan yayınmağa kömək etdiyi müəyyən edilən bir sıra xarici şirkətlərə qarşı yeni ixrac məhdudiyyətləri tətbiq etdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, məhdudiyyətlər sentyabrın 16-dan qüvvəyə minəcək.
Ticarət Nazirliyinin yayımladığı qara siyahıya Çindən 23, Türkiyədən 3, Birləşmiş Ərəb Əmirliklərindən 2, eləcə də Hindistan, Sinqapur və Tayvandan bir şirkət daxil edilib.
ABŞ Ticarət Departamenti bildirib ki, adıçəkilən şirkətlər Rusiyanın hərbi-sənaye sektoruna məhsul tədarük edir və ABŞ-ın ixrac qaydalarını pozaraq bu məhsulları uyğun lisenziya olmadan əldə ediblər.
Nazirlik bu fəaliyyətlərin ABŞ-ın milli təhlükəsizlik maraqlarına zidd olduğunu və bunun qarşısının alınmasının vacibliyini vurğulayıb.
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak ABŞ-ın bu addımına görə təşəkkürünü bildirib:
“Bu, Kremlin öz döyüş maşınını saxlamaq qabiliyyətini məhv etmək üçün daha bir mühüm addımdır”, – deyə, Yermak qeyd edib.
Aytən Yaşar/ Turkustan.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.