AZ

Zelenski Çinə çağırış etdi

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün Çini Rusiyaya təsir göstərməyə inandırmağın yollarını axtarmağa çağırıb.

News24.az xəbər verir ki, bu barədə ölkə lideri Kiyevdə keçirilən birinci xanımlar və cənabların beşinci sammitində bildirib.

Onun fikrincə, Moskva artıq xammal tədarükçüsü və iqtisadi tərəfdaş kimi Pekinlə sıx bağlıdır, Çin isə mühüm təsir rıçaqlarına malik olan ölkədir.

Ukrayna lideri əlavə edib ki, bu çağırışlara cavab ABŞ və Qərb müttəfiqlərinin gücü və birliyindən, həmçinin sanksiyaları saxlamaq, Rusiya aktivlərini müsadirə etmək və Moskvanın beynəlxalq təcridini artırmaq əzmindən asılıdır.



Seçilən
68
3
news24.az

4Mənbələr