AZ

Şeyxülislam sentyabrın 15-də Qazaxıstana səfərə gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, qardaş ölkəyə zəngin səfər proqramı çərçivəsində şeyxülislam A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabrın 17-də QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında iştirak və çıxış edəcək. Sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda çıxış edəcək şeyxülislam A.Paşazadə gənclərə xitab edərək xeyir-dua verəcək.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və ənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu – gələcək naminə sinerji”dir.

Şeyxülislam A.Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.

AzPost.az

Seçilən
4
14
azpost.info

10Mənbələr