AZ

Şahzadə Harri Rusiyanın Kiyevdəki hücumu yerinə baş çəkib

Britaniya şahzadəsi Harri Kiyevə səfəri zamanı Rusiyanın hücumlarından birinin yerinə baş çəkib.

Turkustan.az xəbər verir ki, bu barədə Kiyev MBA-nın rəhbəri Timur Tkaçenko Telegram -da məlumat verib .

"Bu gün Britaniya şahzadəsi, Sasseks hersoqu Harri bizimlədir . Mənim hörmətli qonağa Rusiya hücumlarından birinin yerini göstərmək imkanım oldu", - Tkaçenko cümə günü axşam dərc olunmuş postunda bildirib.

KMVA rəhbəri qeyd edib ki, ilin əvvəlindən Rusiya hərbçiləri 12-si uşaq olmaqla 137 Kiyev sakinini qətlə yetirib. 46-sı uşaq olmaqla 700-dən çox insan xəsarət alıb.

O, beynəlxalq tərəfdaşların ukraynalıların dərdinə diqqətinin vacibliyini qeyd edib.

"Ukraynadakı tərəfdaşlarımız və dostlarımız bizimlə yan-yana rəğbət bəsləyirlər. Biz şahzadə Harriyə dərdimizə göstərdiyi diqqətə, səmimi empatiyasına görə minnətdarıq. Mən şəxsən Ukraynanı dəstəkləyən hər bir sözə görə minnətdaram. Uşaqlarımıza, yaralılarımıza dəstək üçün real hərəkətlərə görə", - Tkaçenko qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
28
1
turkustan.az

2Mənbələr